Müsbət dəyişikliklər

Həm seçkilərə hazırlıq, həm seçki təbliğatı zamanı, həm də seçkilərdən sonra bütün təbliğatımız, fəaliyyətimiz seçki mesajımız "Müsbət dəyişikliklər" mesajıdakı kimi müsbət tonda qurulacaq, təbliğat rəqiblərimizin, alternativ qüvvələrin zəifliyi, qüsurlarını qabartmaq üzərində yox, vətəndaşlarımızın daha firavan həyat yaşaması, dövlətimizin dünya dövlətləri arasında daha layiqli yerdə olması üzərində qurulacaq. Bununla belə, bizə qarşı yönəlmiş bütün mənfi təbliğata, hücumlara vaxtında və adekvat cavab verdikdən dərhal sonra yenidən öz seçki mesajımızın üzərinə qayıdacağıq.

Seçki mesajımızın mərkəzində iki əsas anlayış dayanır:

1) Vətəndaş - təhsilindən, maddi vəziyyətindən, statusundan asılı olmayaraq sadə vətəndaşlarımızın həyatlarının firavanlaşdırılması, daha keyfiyyətli təhsil alması, daha yaxşı tibbi xidmətlərin göstərilməsi, daha az bürokratik əngəllərə vaxt sərf etməsi, daha bərabər bir cəmiyyətdə yaşaması üçün müsbət dəyişikliklər

2) Dövlət - dövlətimizin dünya dövlətləri arasında daha layiqli yerə yüksəlməsi, inkişaf etmiş ölkələrlə müsbət rəqabət aparmaq üçün elm, təhsil, iqtisadiyyat, siyasət sahələrində ciddi islahatların aparılması

Biz, seçki prosesini bir şəxs ətrafında yox, şəxsi məsələ yox, ümumi və komanda əsasında görürük.

Biz, seçki təbliğatımızın bir vəya bir neçə nazir, məmur, oliqarx tərəfindən külli miqdarda ianəsi ilə yox, yüzlərlə, minlərlə sadə vətəndaşın az-az ianələri ilə maliyyələşdirilməsinin tərəfdarıyıq. Yalnız bu halda seçiləcək şəxs bir neçə nəfərə vəya bir maraq qrupuna yox, vətəndaşlar üçün çalışacaq və onlara hesabat verəcək.


Bəxtiyar Hacıyev haqqında nə deyirlər?