Facebook-da bizi izlə

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?

Belə bir deyim var ki, pessimist keçmişdə optimist olmuş bir adamdır. Sadəcə o daha məlumatlıdır.Təəssüf ki, xüsusilə son zamanlar, bu fikrin nə qədər düzgün olduğu barədə düşünməli oluram.

Bu yaxınlarda isə xeyli vaxtdır qiyabi olaraq tanıdığım, lakin realda üzünü görmədiyim Bəxtiyarla nəhayət ki görüşə bildim. Məhz bu görüşdən sonra gəldiyim ilk qənaət bundan ibarət oldu ki, bu cavan oğlan kifayət qədər məlumatlı olsa da , xeyli optimistdir!

Mən əminəm ki, cəmiyyətdə aparıcı qüvvəyə çevrilmək üçün gərək olan ən vacib xüsusiyyət optimizmdir! Əslində, bu keyfiyyət özündə bir sıra digər pozitiv xüsusiyyətləri ehtiva edir: Öz qüvvənə inam, gördüyün bütün işlərdə ardıcıl olmaq, pozitiv köklənmə, inad ...bu siyahını xeyli uzada da bilərəm. Əlbəttə, millət vəkili seçilmək üçün , yaşadığın ölkədən asılı olaraq fərqli keyfiyyətlər tələb oluna bilər. Keçdiyin həyat yolu, aldığın təhsil, qazandığnı peşəkar təcrübə, qüsursuz reputasiya... bütün bunları müəyyən edən meyarlar da yerindən asılı olaraq dəyişə bilir.

Yuxarıda vurğuladığım xüsusiyyətlər isə dünyanın hər yerində - dəyərləri tam fərqli cəmiyyət və xalqlarda belə, “işləyir”.
Bəxtiyarın həyat yolu barədə bilgilərim azdır, lakin mənə elə gəlir ki, onu çoxdan tanıyıram. İlk ünsiyyətdən öz səmimi münasibətilə belə bir hissi yarada bilmişdi məndə.

Real həyatda görüşdükdən sonra isə, onun Millət Vəkili olmaq arzusuna mən də inandım. Mənim qədər skeptik bir yanaşması olan, seçkilər öncəsi “bəs sən niyə öz namizədliyini irəli sürmürsən?” suallarını kinayəli təbəssümlə cavablandıran bir şəxsi buna inandırmaq, inanın ki, asan deyildi. 
Bilirəm ki, Bəxtiyarın beləcə inandırdığı insanlar daha çox olacaq. O qədər ki, onu ali qanunverici orqanda –Milli Məclisdə Millət vəkili olaraq görək.

Lakin , onun çox gözəl bildiyi bir həqiqəti, fürsətdən yararlanıb, vurğulamaq istərdim. İnandırmaq asan olmasa da, bu inamı itirmək bir göz qırpımındaca mümkündür. Həmin inamı döğrultmaq isə həddindən artıq çətindir. Siz asan yolu seçənlərdən deyilsiniz!

Bu yolda uğurlar!