Təhsil Nazirliyi Bəxtiyar Hacıyevi nə üçün təqaüddən məhrum edib?


ABŞ-ın Harvard universitetinin magistraturasında təhsil alan azərbaycanlı tələbə Bəxtiyar Hacıyev bildirir ki, siyasi səbəblərə görə dövlət təqaüdündən məhrum edilib. Buna səbəb Hacıyevin www.susmayaq.biz saytını yaratması olub.

Tələbə iddia edir ki, təhsil haqqını ödəmək üçün 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaridə təhsil alması haqqında prezident proqramı çərçivəsində ona verilməli olan vəsaiti ala bilmir. 

Tələbənin sözlərinə görə, Harvarddakı təhsil haqqını ödəməyi təhsil naziri Misir Mərdənov özü ona təklif edib. İyulda o, Bakıda iqtisadi inkişaf nazirinin müavinin, prezidentin icra aparatının nümayəndəsinin, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadənin iştirakı ilə müsahibədən keçib. Lakin şifahi vədlərə baxmayaraq, yazılı sənədlər ona təqdim edilməyib. Bununla belə, bir iş adamının köməyilə o, təhsil almağa gedib. 

Təhsilini davam etdirməsi üçün Hacıyeva 25 min dollar məbləğində bank krediti lazımdır. 

Müraciət müəllifi bildirib ki, baş verənlərin hamısı 2007-ci il yanvarın 10-da Azərbaycanda enerci daşıyıcılarının qiymətlərinin kəskin şəkildə artması ilə əlaqədar onun www.susmayaq.biz saytını yaratması olub. Mən həmin saytda oxucuları hakimiyyətin siyasətinə etiraz etməyə çağırmışam. 

Təhsil Nazirliyindən isə bildiriblər ki, B.Hacıyev "prezident proqramına" müvafiq xaricdə təhsil alanların siyahısında olmayıb və ona stipendiya düşmür.

Mənbə: http://www.yenicag.az/modules/news/article.php?storyid=182

 

 

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?