Gənclərin işsizlik problemi BMT-nin gündəmindədir

07.10.2005
Ülkər Akifqızı

BMT Baş Assambleyasının prezidenti Sırcan Kərim: “İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq

[ 26 Oktyabr 2007 10:46 ]

BMT Baş Assambleyasının prezidenti Sırcan Kərim Harvard Universitetində tələbələrlə görüş keçirib.

Harvard Universiteti Kennedi İdarəçilik Məktəbinin magistri Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, görüşdə Sırcan Kərim Kennedi İdarəçilik məktəbi və Harvard Biznes Məktəbinin bir qrup müəllimi və tələbəsi qarşısında “Qloballaşma və xalqların suverenliyi” mövzusunda çıxış edib.

Çıxışdan sonra BMT Assambleyanın prezidenti BMT-nin fəaliyyəti və 62-cı sessiyada prioritet təşkil edən məsələlərlə bağlı tələbə və professorları maraqlandıran suallara cavab verib. Azərbaycanlı tələbənin Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın BMT Baş Assambleyasının 62-ci sessiyasının açılışı zamanı öz çıxışında Kosovo münaqişəsinin Dağlıq Qarabağ münaqişəsi üçün presedent kimi göstərməyə çalışması ilə bağlı sualına cənab Kərim belə cavab verib: “BMT Baş Assambleyası quruma üzv olan dövlətinin ərazi bütövlüyünə zərbə vuracaq, onu sual altında qoyacaq heç bir addım atmaz. Bizim mövqeyimiz bundan ibarətdir ki, həm Dağlıq Qarabağ münaqişəsi, həm də GUAM ərazisindəki digər münaqişələr bir-birindən mahiyyətcə fərqlənirlər, onları heç bir vaxt eyniləşdirmək olmaz. Biz inanırıq ki, bu münaqişə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Eyni zamanda Azərbaycan tərəfi də erməni azlığın digər etnik azlıqlarla eyni səviyyədə həmin ərazidə sülh içində yaşaması üçün şərait yaratmalıdır”. BMT Baş Assambleyasının prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların davam etdirilməli olduğunu deyib: “Bu münaqişə iki ölkə arasında həll olunmalıdır. Azərbaycan və Ermənistan rəhbərləri danışıqları davam etdirməli və ortaq nöqtəyə gəlməlidirlər. BMT və ya digər beynəlxalq qurumların bu prosesdə rolu yalnız bu danışıqlarda vasitəçi olmaq, danışıqlar prosesini sürətləndirmək və davam etməsinə təkan verməkdən ibarətdir”.

Mənbə: http://az.apa.az/news.php?id=75757

Bəxtiyar Hacıyev haqqında nə deyirlər?